Fikrət Məmmədov: “Ədliyyə orqanları tərəfindən amnistiyanın 15 min nəfərə tətbiqi gözlənilir”

Fikrət Məmmədov: “Ədliyyə orqanları tərəfindən amnistiyanın 15 min nəfərə tətbiqi gözlənilir” “Zəfər Gününün birinci ildönümü ərəfəsində dövlətimizin başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə sevinc qatıb. Ümummilli
Hadisə
198
22 Noyabr , 2021 01:27
Fikrət Məmmədov: “Ədliyyə orqanları tərəfindən amnistiyanın 15 min nəfərə tətbiqi gözlənilir”

“Zəfər Gününün birinci ildönümü ərəfəsində dövlətimizin başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə sevinc qatıb. Ümummilli Liderimizin ölkəmizdə əsasını qoyduğu humanizm siyasətinin davamı olaraq qəbul edilmiş bu amnistiya aktı tətbiqi dairəsinin genişliyinə görə bütün digər belə aktlardan fərqlənir. Belə ki, o həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Bununla yanaşı, ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir”.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində bildirib.

“Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb.

Bunun nəticəsidir ki, nazirlik tərəfindən elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb. Amnistiya indiyədək 1 300-dək şəxsə şamil olunub”, - nazir qeyd edib.

Amnistiya aktının humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. Böyük ictimai marağa səbəb olan tədbirdə verilmiş açıqlamalar barədə KİV-lərdə və internet resurslarında 300-dək məlumat yayımlayıb:

“Ümumiyyətlə, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Bu dəyişikliklər nəticəsində 2 200 məhkum cəzadan tamamilə azad edilib, 3 500 məhkumun isə cəza müddəti azaldılıb.

Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1 500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub”.

Son xəbərlər

Orphus sistemi