FİFA Perunun hücumçusunu dopinqə görə bir ay futboldan kənarlaşdırıb

FİFA Perunun hücumçusunu dopinqə görə bir ay futboldan kənarlaşdırıb Onun dopinq nümunəsi müsbət nəticə verib
Hadisə
3 noyabr 2017 22:37
FİFA Perunun hücumçusunu dopinqə görə bir ay futboldan kənarlaşdırıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Peru yığmasının hücumçusu Xose Paolo Gerrero FİFA tərəfindən 30 gün müddətinə futboldan kənarlaşdırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Buna futbolçudan götürülən dopinq nümunəsinin müsbət nəticə verməsi səbəb olub.

Hücumçu Dünya çempionatının final mərhələsinə düşmək üçün 11 və 16 noyabr tarixlərində Yeni Zelandiya ilə keçiriləcək "play-off" matçlarını buraxmalı olacaq.

Xose Paolo Gerrero Peru millisində 83 matç keçirib və 32 qol vurub.

Son xəbərlər

Orphus sistemi