FHN Yasamaldakı intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb

FHN Yasamaldakı intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb Xilasedicilər vətəndaşla psixoloji söhbət aparıb, nəticədə intihara cəhdin qarşısı alınıb
Hadisə
5 Fevral , 2016 14:57
FHN Yasamaldakı intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamaldakı intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşla psixoloji söhbət aparıb, nəticədə intihara cəhdin qarşısı alınıb. 

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi