FHN Yasamalda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

FHN Yasamalda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
28 Aprel , 2015 05:25
FHN Yasamalda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi paytaxtın Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 310 kv.m olan 2 mərtəbəli mansard tipli su satış məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb.

Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi