Yanğınsöndürən avtomobilin qəzaya düşməsi ilə bağlı FHN-dən açıqlama

Yanğınsöndürən avtomobilin qəzaya düşməsi ilə bağlı FHN-dən açıqlama Fövqaladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda FHN-in yanğınsöndürən avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.
Hadisə
8 İyul , 2020 10:20
Yanğınsöndürən avtomobilin qəzaya düşməsi ilə bağlı FHN-dən açıqlama
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda FHN-in yanğınsöndürən avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır:

“Xaçmaz rayonu ərazisində yanğın çağırışı ilə əlaqədar hərəkətdə olan Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə maşını hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobillə toqquşub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır”.

Son xəbərlər

Orphus sistemi