FHN: “Yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır”

FHN: “Yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır” Oktay Bayramov: “Heydər Əliyev Mərkəzinin yaxınlığındakı ərazidə suçəkmə əməliyyatı davam etdirilir”
Hadisə
17 Oktyabr , 2016 12:52
FHN: “Yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır”

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparır".

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

Onun sözlərinə görə, hazırda Xocahəsən, Höküməli qəsəbələrində və Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən H.Əliyev prospektinə doğru gedən yolda (Heydər Əliyev Mərkəzinin yaxınlığındakı ərazidə ) yığılan su çəkilir: "Evlərin su basması, insanların köməksiz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə hər hansı məlumat daxil olmayıb".

Son xəbərlər

Orphus sistemi