Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO)

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO) Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.
Hadisə
24 İyul , 2021 14:19
Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO)

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Report"a məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Son xəbərlər

Orphus sistemi