FHN: Xırdalanda partlayış baş verən binanın dağıntıları altından 9 nəfər çıxarılıb

FHN: Xırdalanda partlayış baş verən binanın dağıntıları altından 9 nəfər çıxarılıb FHN növbəti rəsmi məlumat məlumat yayıb
Hadisə
8 Sentyabr , 2014 15:31
FHN: Xırdalanda partlayış baş verən binanın dağıntıları altından 9 nəfər çıxarılıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı növbəti dəfə məlumat yayıb. FHN-dən Report-a daxil olan məlumata əsasən, bu saata qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xırdalan şəhərində tikintisi başa çatmayan beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri hazırda da davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb. Xilasedicilər həmin binada yaşayan  1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı,2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşağı dağıntılar arasından çıxara biliblər.

Son xəbərlər

Orphus sistemi