FHN Ucardakı yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

FHN Ucardakı yol qəzası ilə bağlı rəsmi məlumat yayıb Sıxılmış vəziyyətdə qalmış meyitlər avtomobildən çıxarılıb
Hadisə
19 Yanvar , 2015 12:59
FHN Ucardakı yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunun Təzə Şilyan kəndi, Bakı-Qazax yolunun 216 kilometrliyində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Ehtiram Əkrəm oğlu Salahov və sərnişin E.N.Qurbanov vəfat edib, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi