FHN Ucarda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

FHN Ucarda baş verən ağır qəza ilə bağlı məlumat yayıb FHN Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb
Hadisə
20 Fevral , 2021 22:22
FHN Ucarda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən "Report"a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi