​FHN Türkmənistanda tapılan meyitin ölkəyə gətirilməsi üçün təyyarə göndərir

​FHN Türkmənistanda tapılan meyitin ölkəyə gətirilməsi üçün təyyarə göndərir "Artıq bu istiqamətdə hazırlıq işləri aparılır"
Hadisə
3 Aprel , 2016 15:16
​FHN Türkmənistanda tapılan meyitin ölkəyə gətirilməsi üçün təyyarə göndərir

Bakı. 3 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) dünən Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə adıçəkilən ölkəyə təyyarə göndərəcək.

"Report" FHN-ə istinadən xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edildiyindən, onun ölkəyə gətirilməsi məqsədilə Türkmənistana amfibiya tipli təyyarə göndərilməsi üçün hazırlığa başlanılıb.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndəriləcək. Artıq bu istiqamətdə hazırlıq işləri aparılır.

Son xəbərlər

Orphus sistemi