Yuxarı
    Bağlamaq

    FHN Tovuzda yanğınla nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

    Bilirilir ki, nəticədə avtomobilin mühərik hissəsi yanıb© Report.az

    Bakı. 6 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Tovuz şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

    "Report"un xəbərinə görə, məlumatda bildirilir ki, Tovuz şəhərində vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilininin idarəetməni itirərək beton hasara çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

    Nəticədə avtomobilin mühərik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Qeyd edək ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi