Yuxarı
    Bağlamaq

    ​FHN tikinti şirkətini məhkəməyə verib

    İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Göhər” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

    “Report”un xəbərinə görə, FHN-in qurumu müqavilə üzrə ödənilməmiş borcun tutulmasını tələb edir. İddia olunan borcun məbləği açıqlanmır.

    İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

    Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

    “Göhər” şirkəti isə çoxmərtəbəli bina tikintisi ilə məşğul olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi