FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO

FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər həyata keçirilir.
Hadisə
278
29 Aprel , 2020 16:53
FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər həyata keçirilir. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, mütəmadi olaraq müxtəlif məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Qeyd edək ki, dezinfeksiya işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi