Bakı. 13 aprel. REPORT.AZ/
"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.