Bakı. 31 may. REPORT.AZ/
"Report" xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsinə yerləşdirilən məlumata görə, Qax rayonunun Tanqıt kəndində ümümi sahəsi 700 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 245 kv.m olan birmərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 185 kv.m sahədə yanıb.
Yanğın zamanı fermada olan 10 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmiş, yanğından yaşayış binasının qalan hissəsi, digər bitişik tikililər və yaxınlıqda açıq sahəyə yığılmış ot bağlamaları mühafizə olunub. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.