Yuxarı

FHN: Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda 2-si uşaq olmaqla 17 nəfər xilas edilib

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla, on yeddi nəfər xilas edilib.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi