FHN: Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları dərhal söndürülür

FHN: Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları dərhal söndürülür Təxliyyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi üçün təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır
Hadisə
27 Avqust , 2017 15:03
FHN: Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları dərhal söndürülür

Bakı. 27 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) "N" saylı hərbi hissədə partlayışla bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilir ki, bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki "N" saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib.

Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Qeyd olunan hadisə ilə əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib. Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-ni yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Təxliyyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün FHN tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi