FHN meşə yanğınları ilə bağlı məlumat yayıb

FHN meşə yanğınları ilə bağlı məlumat yayıb Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınmasına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki Müdafiə Qoşunlarının və regional mərkəzlərinin canlı qüvvə və texnikası cəlb olunub.
Hadisə
26 Avqust , 2019 13:59
FHN meşə yanğınları ilə bağlı məlumat yayıb

Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınmasına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki Müdafiə Qoşunlarının və regional mərkəzlərinin canlı qüvvə və texnikası cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi