FHN yağıntıların törətdiyi fəsadlarla əlaqədar cənub bölgəsinə xüsusi komissiya göndərib

FHN yağıntıların törətdiyi fəsadlarla əlaqədar cənub bölgəsinə xüsusi komissiya göndərib Komissiya üzvləri Masallı rayonunda yağıntıların yaratdığı fəsadların aradan qaldırılması üçün görülən işlərlə tanış olublar
Hadisə
31 Oktyabr , 2015 12:04
FHN yağıntıların törətdiyi fəsadlarla əlaqədar cənub bölgəsinə xüsusi komissiya göndərib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi komissiyasının üzvləri son günlər yağan güclü yağış səbəbindən yaranmış vəziyyətlə əlaqədar olaraq helikopterlə cənub bölgəsinə səfər edib.

"Report" xəbər verir ki, komissiya üzvləri Masallı rayonunda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün görülən işlərlə tanış olmaq üçün əraziyə baxış keçiriblər.

Qeyd edək ki, son günlər yağan güclü yağış Masallı çayının daşmasına və Lənkəran ərazisindən axan Qumbaşı çayına birləşməsinə səbəb olub. Nəticədə Lənkəranın Qumbaşı kəndində çayın kənarındakı bənd uçub və 300 evi sel suları basıb.

Hazırda Boladi kəndində də ağır vəziyyət yaranıb, xilasetmə tədbirləri görülür.  

Son xəbərlər

Orphus sistemi