Yuxarı

​FHN Neftçaladakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Qəzada 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib

Bakı. 26 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi ötən gün Neftçalada 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

"Report" xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Xıllı qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması haqqında məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi