FHN Mingəçevirdəki “Azərbaycan İES”də bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Mingəçevirdəki “Azərbaycan İES”də bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb Bakı. 5 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.
Hadisə
5 İyul , 2018 13:06
FHN Mingəçevirdəki “Azərbaycan İES”də bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb
Report
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb. 

"Report" FHN-in saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi