FHN: "Sel və daşqınların baş verdiyi ərazilərdə zəruri tədbirlər davam etdirilir"

FHN: "Sel və daşqınların baş verdiyi ərazilərdə zəruri tədbirlər davam etdirilir" Məlumat verildiyi kimi, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Za
Hadisə
24 sentyabr 2021 09:07
FHN: Sel və daşqınların baş verdiyi ərazilərdə zəruri tədbirlər davam etdirilir

Hazırda işlər Balakən rayonunun Tülü və İtitala kəndlərində davam etdirilir.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.

Bu çərçivədə, ötən gündən nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun kənarlaşdırılması məqsədilə başlanılmış işlər gecə saatlarında da davam etdirilib.

Son xəbərlər

Orphus sistemi