FHN: Lənkəranda bəzi çökək ərazilərdəki fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb"

FHN: Lənkəranda bəzi çökək ərazilərdəki fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb" "Mülki Müdafiə Qoşunlarının qüvvələri Lənkəranda müvafiq tədbirlər həyata keçirir"
Hadisə
30 Oktyabr , 2015 15:39
FHN: Lənkəranda bəzi çökək ərazilərdəki fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi cənub bölgəsinə yağan leysan yağışların fəsadlarının aradan qaldırılması üçün tədbirlər görüldüyünü açıqlayıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini və yolları su basıb. 

Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi