FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2021-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir
Hadisə
23 Fevral , 2021 14:23
FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2021-ci il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.

FHN-dən "Report"a verilən məlumata görə, fevralın 22-də Xidmət tərəfindən Siyəzən rayonunun Böyükhəmyə kəndi ərazisində dəniz sahilində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib.

Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır.

Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 37 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən nəqliyyat vasitələrinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.

Hazırda FHN tərəfindən gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi