Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvana cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş yaşadığı mənzilin eyvanından birinci mərtəbənin artırmasının damına çıxmış və yaş həddinin çoxluğu səbəbindən geri qayıda bilməmişdir.
Vətəndaş xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.