FHN inspektorunun şikayəti təmin edilməyib

FHN inspektorunun şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
10 yanvar 2020 08:44
FHN inspektorunun şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, İ.Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləmiş İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi