FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirak etdiyi əməliyyatlarla bağlı statistika açıqlanıb

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirak etdiyi əməliyyatlarla bağlı statistika açıqlanıb 257-si uşaq olmaqla, 651 nəfər zərərçəkmiş xilas edilib
Hadisə
16 Dekabr , 2014 16:22
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirak etdiyi əməliyyatlarla bağlı statistika açıqlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 2014-cü ilin 11 ayı ərzində 675 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.

“Report” xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-nin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin mərkəzi aparatında keçirilən kollegiya iclasında məlumat verib.

Nazirin sözlərinə görə, hesabat dövründə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları bu ilin 11 ayı ərzində yol-nəqliyyat hadisəsi, çoxmənzilli yaşayış binasında partlayış, partlamamış silah-sursat aşkarlanması, texnogen mənşəli yanğın, həyat təminatlı kommunal sistemlərdə qəzalar, mənzildə qaz sızması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 675 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: “Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 257-si uşaq olmaqla, 651 nəfər zərərçəkmiş xilas edilib, 68 nəfər zərərçəkmişə ilkin yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib”.

K.Heydərov qeyd edib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 85 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 204 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb.

11 ay müddətində Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 142 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 119 nəfər olmaqla cəmi 261 nəfər xilas edilib. Nəzarət olunmayan çimərlik ərazilərində həlak olmuş 73 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Görülən tədbirlər sayəsində son 4 il ərzində nəzarət olunan çimərlik ərazilərində suda batma halları baş verməyib.

Son xəbərlər

Orphus sistemi