Bakı. 11 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan 5 nəfəri xilas edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bundan başqa, FHN əməkdaşları Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 azyaşlını da xilas edib.
Eyni zamanda, bu gün Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.