Yuxarı

FHN-in təyyarəsi tapılan meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb

FHN-in təyyarəsi tapılan meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb
Meyitin Günəşli yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir

Bakı. 4 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılan meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb. "Report"un məlumatına görə, bu barədə FHN-in rəsmi saytı məlumat yayıb. 

Belə ki, aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

"Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb, - nazirliyin məlumatında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi