FHN-in Sertifikat-Sınaq Mərkəzinə mediatur təşkil olunub

FHN-in Sertifikat-Sınaq Mərkəzinə mediatur təşkil olunub Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Sertifikat-Sınaq Mərkəzinə (ETLKİM) mediatur təşkil olunub.
Hadisə
13 Yanvar , 2022 10:55
FHN-in Sertifikat-Sınaq Mərkəzinə mediatur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Sertifikat-Sınaq Mərkəzinə (ETLKİM) mediatur təşkil olunub.

"Report" xəbər verir ki, hazırda ETLKİM ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub.

Belə ki, İnstitutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

Burada fəaliyyət göstərən laboratoriyalar AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.

İnstitutun kiçik elmi işçisi Pərviz Qarayev "Report"un əməkdaşına bildirib ki, burda Müayinə və İnşaat Materiallarının Sınağı üzrə Sertifikat-Sınaq Mərkəzi tərkibində “Materialların yanğın təhlükəsizliyi”, “Fiziki-kimyəvi analiz”, “Təbii və keramik divar daşları, üzlük materialları”, “Beton və dəmir-beton texnalogiyası və qatqıları”, “Asfalt-asfaltbeton”, “Bina və qurğuların elektrik təchizatının müayinəsi”, “Mühəndis geologiyası”, “İnşaatda ekoloji problemlər”, “Mülki və sənaye tikintisi” və digər ixtisaslaşmış tikinti laborratoriyaları eləcə də 4 regional müayinə-sınaq laboratoriyası fəaliyyət göstərir: "Laboratoriyanın əməkdaşları xarici ölkələrdə təlim kecib və müvafiq sertifikatlar alıblar. Burada yanğın qrupların müəyyən ediməsi, alovun yayılma sürətinin, tüstü əmələgətirmə əmsalının, alovlanma və alışma temperaturun təyini kimi sınaqlar aparılır. “Fiziki-kimyəvi analiz” laboratoriyasında quraşdırılan optik və rentgen spektrometrləri metaldan, filizdən, sementdən, çınqıldan və s. olan nümunələrin analizə hazırlığını, analizin aparılmasını və materialın kimyəvi tərkibi haqqında dəqiq məlumatın alınmasını təmin edir.

“Təbii və keramik divar daşları, üzlük materialları” laboratoriyası çoxmərtəbəli, eləcə də sənaye binalarının inşası zamanı əsas yükdaşıyan və öz yükünü qəbul edən konstruksiyaların hazırlanmasında istifadə olunan tikinti materiallarının öyrənilməsində və istehsalata tətbiq edilməsində yaxından iştirak edir. “Beton, dəmir-beton texnologiyası və qatqıları” laboratoriyası beton sınaqları, konstruksiyaların müayinələri, beton və dəmir-beton texnologiyası sahəsində müxtəlif tədqiqatlar və konsaltinq xidmətləri göstərməkdədir. “Asfalt-asfaltbeton” laboratoriyası respublikada inşa edilən beynəlxalq və ölkədaxili avtomobil yollarının tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyət göstəricilərinin layihə tələblərinə eləcə də, qüvvədə olan norma və tələblərə uyğunluğunun yoxlanılmasında iştirak edir".

FHN-in S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun materialların yanğın təhlükəsizliyi laboratoriyasının müdiri Kamil Mustafayev bildirib ki, “Mülki və sənaye tikintisi” laboratoriyası tikintinin müxtəlif sahələrində istifadə edilən inşaat materiallarının keyfiyyət göstəricilərinin öyrənilməsi, onların daha da yaxşılaşdırılması üçün təkliflərin hazırlanması, tikintiyə yeni mütərəqqi materialların cəlb edilməsi istiqamətində işlər aparır: “Bina və qurğuların elektrik təchizatınin müayinəsi” laboratoriyası yaşayış komplekslərində, habelə dövlət əhəmiyyətli obyektlərdə elektrik təssərufatının müayinə-sınaq işlərini realizə edir. “Mühəndis geologiyası” laboratoriyası qruntların fiziki-mexaniki xüsusiyyətlərinin təyinini, sınağını, qrunt tərkibinin dövlət və beynəlxalq ASTM, BS, TS standartlarına əsasən təsnifatı üçün onların xüsusiyyətlərini təyin edir. Laboratoriya ABŞ, Almaniya, Türkiyə, Rusiya və digər xarici ölkələrin yüksək dəqiqlikli avadanlıqları ilə təchiz olunub".

Son xəbərlər

Orphus sistemi