​FHN-in sabiq bölmə rəisinə cinayət işi açılıb

​FHN-in sabiq bölmə rəisinə cinayət işi açılıb Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
23 Aprel , 2015 16:11
​FHN-in sabiq bölmə rəisinə cinayət işi açılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi