Bakı
"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləmiş İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.
İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.