FHN-in keçmiş vəzifəli əməkdaşının evində yanğın olub - ƏLAVƏ OLUNUB

FHN-in keçmiş vəzifəli əməkdaşının evində yanğın olub - ƏLAVƏ OLUNUB Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb
Hadisə
14 Fevral , 2017 18:16
FHN-in keçmiş vəzifəli əməkdaşının evində yanğın olub - ƏLAVƏ OLUNUB

Lənkəran. 14 fevral. REPORT.AZ/ Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində, Vaqif Hüseynov küçəsində qeydə alınıb.  

Belə ki, 1960-cı il təvəllüdlü Rəcəb Mədət oğlu Əhədova məxsus ikimərtəbəli yaşayış evinin 140 kvadratmetr sahesi olan mansardının 40 kvadratmetri yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb. 

Yanğının ikinci mərtəbədəki otaqlardan birində başladığı və mansarda keçdiyi ehtimal olunur. 

Qeyd edək ki, R.Əhədov uzun illər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub.

Son xəbərlər

Orphus sistemi