FHN-in əməkdaşı: "Bu gün Köyceyiz, Çayhisar və Sazakda yanğınları söndürdük"

FHN-in əməkdaşı: "Bu gün Köyceyiz, Çayhisar və Sazakda yanğınları söndürdük" Türkiyədəki yanğınlarla mübarizə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilən Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Muğla şəhərində tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində yüksək sə
Hadisə
8 Avqust , 2021 21:03
FHN-in əməkdaşı: Bu gün Köyceyiz, Çayhisar və Sazakda yanğınları söndürdük

Türkiyədəki yanğınlarla mübarizə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilən Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Muğla şəhərində tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində yüksək səviyyəli xidmət aparır.

"Report"un yerli bürosuna müsahibə verən azərbaycanlı yanğınsöndürən Elvin Rəcəbov bugünkü iş fəaliyyətlərindən bəhs edib: "Ölkə rəhbərliyinin tapşırığı ilə qardaş ölkə Türkiyəyə yanğınların söndürülməsinə yardım məqsədilə gəlmişik. Burada gündəlik yanğınsöndürmə əməliyyatlarında iştirak edirik. Səhhətimizdə hər hansı problem yoxdur, əhval-ruhiyyəmiz yaxşıdır. Bu gün səhər saatlarından Köyceyiz, Çayhisar və Sazak istiqamətində baş verən yanğınların söndürülməsinə də birgə nail olduq" - o, qeyd edib.

Ətraf kəndlərdəki sakinlər tərəfindən azərbaycanlı yanğınsöndürənlərə və xilasetmə qüvvələrinə xüsusi diqqət və qayğının olduğunu bildirən FHN əməkdaşları buna görə Türkiyə vətəndaşlarına və dövlətinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi