FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib

FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.
Hadisə
26 Sentyabr , 2021 01:57
FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Yanğın hadisəsi baş verməyib.

Məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

Son xəbərlər

Orphus sistemi