Yuxarı

FHN gün ərzində baş verən yanğınların sayını açıqladı

FHN gün ərzində baş verən yanğınların sayını açıqladı

135

"Yanğınların cəmi 4-5%-i təbii faktorlardan asılıdır. Qalan hallarda baş verən yanğınların əsas səbəbkarı insanlardır. Gün ərzində orta hesabla 5-6 yanğın hadisəsi baş verir".

“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov deyib.

Onun sözlərinə görə, ötən il 2 315 yanğın hadisəsi baş verib: "Nəticədə 53 nəfər ölüb, 231 nəfər xəsarət alıb. Bütün yanğınlar 19,9 mln. manat ziyan vurub”. 

Nazirlik rəsmisi bildirib ki, yanğınların əksəriyyəti elektrik təsərrüfatı avadanlıqlarından düzgün istifadə edilməməsi səbəbindın baş verir: "Ötən il Səbail rayonunda 2, 2018-ci ildə Səbail və Binəqədi rayonlarında 2, bu ilin yanvarında isə Binəqədi rayonunda 1 oteldə yanğın olub. Bu 5 yanğının başvermə səbəbi elektrik cihazlarından düzgün istifadə edilməməsi olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi