Bakı. 25 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 13:49-da Gəncə rayonunun inzibati ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,7 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə FHN-ə məlumat daxil olmayıb.