FHN əməkdaşları Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçıları xilas edib

FHN əməkdaşları Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçıları xilas edib Həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər
Hadisə
3 Aprel , 2015 11:44
FHN əməkdaşları Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçıları xilas edib

Bakı. 3 aprel. REPORT.AZ/ Qaradağ rayonunda qayıqla Xəzər dənizinə çıxmış iki nəfər balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi