FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB - VİDEO

FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB - VİDEO Bakıda yol-nəqliyyat hadisəsi olub
Hadisə
25 May , 2021 18:00
FHN əməkdaşları qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB - VİDEO
0 : 00
0 : 00

Video və fotolar əlavə olunub

16:33

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisə bu gün günorta saatlarında paytaxın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə yerinə gedən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili qəzaya uğrayıb. Nəticədə nazirliyin bir neçə əməkdaşı xəsarət alıb.

Məlumata görə, yaralanan şəxslərdən birinin müalicəsi davam etdirilir, digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi