Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda mənzildə bir nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.
FHN əməkdaşları mənzildə köməksiz qalan azyaşlını xilas edib
Hadisə
9 Mart , 2015
13:18
https://static.report.az/photo/a1ca33d4-94cc-4d91-8153-5516ecc58cd7.jpg