Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Niyaməddin Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
"Report"un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, ötən il Bakı şəhər sakini Niyaməddin Hüseynov Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kəlbiyevdən 5 500 manat pul alıb. O, Ukraynada akademiyada oxuyan H.Kəlbiyevə onun təhsil haqqını ödəyəcəyini vəd edib. Lakin N.Hüseynov nazirlik əməkdaşının pulunun bir hissəsini - 2 min manatını geri qaytarsa da, qalanını qaytarmayıb.