​FHN dənizdə itkin düşən balıqçıların axtarışları ilə bağlı rəsmi məlumat yayıb

​FHN dənizdə itkin düşən balıqçıların axtarışları ilə bağlı rəsmi məlumat yayıb Sabah hava şəraiti əlverişli olsa, FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək
Hadisə
4 Noyabr , 2015 17:28
​FHN dənizdə itkin düşən balıqçıların axtarışları ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə itkin düşən balıqçıların axtarışları ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, nazirlikdən bildirilib ki, bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb. Hazırda onlarla əlaqə kəsilib. 

“Axtarış ərazisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır - dənizdə çıxış məsafəsi 2 milə qədər. Hazırda havanın küləkli olduğunu nəzərə alaraq, sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə, FHN Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi