FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO "Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir".
Hadisə
13 İyul , 2015 14:19
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO

Bakı. 13 iyul. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün əhaliyə müraciət edib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmağın qadağan olduğu bildirilib.

Nazirlikdən bildirilib ki, valideynlər uşaqları çimərliklərdə nəzarətsiz qoymamalı, hər kəs xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməlidir: "Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir". 

Müraciətdə qeyd olunub ki, çimərliklərdə istirahət saat 9-dan 21-dək daha təhlükəsizdir.

FHN -dən bildirilib ki, qaydalara biganəlik - insan həyatına təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Son xəbərlər

Orphus sistemi