​FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

​FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb Hadisə bu gün axşam saatlarında qeydə alınıb
Hadisə
7 Noyabr , 2015 21:45
​FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün axşam saatlarında Bakıda qeydə alınan intihara cəhdlə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Səbail rayonunda 1 nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib və vətəndaş xilas olunub. Əməliyyat saat 20:41-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi