Yuxarı

​FHN Binəqədi rayonunda binada yanğınla bağlı məlumat yayıb

Hadisə nəticəsində paltaryuyan maşın və mətbəx mebeli yanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.

Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu binada ötən il mayın 19-da faciə ilə nəticələnən yanğın baş vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi