Biləsuvar. 8 avqust.
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Biləsuvar rayonunda ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan otaqda 1 ədəd məişət avadanlığı yanıb.
Nazirliyin məlumatına görə, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***10:28
Biləsuvar. 8 avqust.
"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb.
Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***09:34
Biləsuvar. 8 avqust. REPORT.AZ/ Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb.
İlkin məlumata görə, otaqlardan biri yanıb. Hələlik hansı səbəbdən baş verdiyi bilinməsə də yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.