FHN Bakıda yaşayış kompleksində təlim keçirib

FHN Bakıda yaşayış kompleksində təlim keçirib FHN Bakıda yaşayış kompleksində təlim keçirib
Hadisə
18 avqust 2023 08:35
FHN Bakıda yaşayış kompleksində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Royal Park” yaşayış kompleksində “Fərdi yaşayış evlərində yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd kompleksdə yerləşən fərdi yaşayış evlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə yaşayış kompleksinin aidiyyəti inzibati heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi