FHN Bakıda tapılan silah-sursatla bağlı məlumat yayıb
Hadisə
11 Dekabr , 2014
17:38
https://static.report.az/photo/d88c53b8-5f30-4505-a032-8b6a1c098d5a.jpg
Bakı. 11 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Bakıda tapılan silah-sursatla bağlı məlumat yayıb. "Report" nazirliyin rəsmi saytina istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Xətai rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və istifadəyə yararsız vəziyyətdə olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.