Yuxarı
    Bağlamaq

    FHN: Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan yoxdur

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

    Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

    Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

    "Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi